Pensiyalar artırılır
Gələn ildən pensiyaların məbləği artacaq.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Onun izah etdiyinə görə, 2022-ci ilin yanvarından 70 yaşadək şəxslər üçün pensiya 260 lari, 70 və yuxarı yaşda olanlar üçün isə 300 lari müəyyən ediləcək.
“Gələn il pensiyanın məbləği artacaq. 2022-ci ilin yanvarından 70 yaşınadək şəxslər üçün pensiya 260 lari, 70 və yuxarı yaşda olan şəxslər üçün isə 300 lari müəyyən edilib. Yüksək dağlıq yaşayış məntəqələrində pensiyanın məbləği yaşı 70-dən aşağı olanlar üçün 312 lari, 70 və 70 yaşdan yuxarı olanlar üçün isə 360 lari olacaq”, - Ğaribaşvili bildirib.
Həmçinin müharibə veteranlarına verilən aylıq 22 və 44 lari yardım 100 lariyə qədər artır.


