Dekabrın 11-dək Gürcüstanda nisbətən isti və yağmursuz hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, Qərbi Gürcüstanda havanın temperaturu +17, +22, Şərqi Gürcüstanda +11, +16 dərəcəyədək yüksələcək.
Tbilisidə əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin dekabrın 7-9-da az yağıntının müşahidə olunacağı istisna edilmir.
Sinoptiklərin verdiyi məlumata görə, paytaxtda havanın temperaturu +13, +16 dərəcə təşkil edəcək.
