05 
Dek
2021
23:32
297

Ğipşidze: "O, yaxşı deyil, zəifdir"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini özünün şəxsi həkimi Nikoloz Ğipşidze Qori xəstəxanasında
ziyarət edib.

InterPress.ge xəbər verir ki, Ğipşidzenin sözlərinə görə, Mixail Saakaşvilinin vəziyyəti yaxşı deyil, zəifdir.

Onun qeyd etdiyinə görə, hazırda Mixail Saakaşvilinin səhhəti onu yenidən Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinə köçürməyə imkan vermir.

"Bu dərman Rustavi klinikasında yazılmışdı. Yuxu dərmanı idi. Biz bu dərmanı cümə günü, birinci məhkəmədən əvvəl dayandırdıq. Dozaların artırılmasının planlaşdırıldığı tarixçəni öz gözlərimlə gördüm. Təxminən on dəfə çox doza təyin olunmuşdu.Bu artırılmış dozaları qəbul etsəydi, məhkəməyə gələ bilməzdi.Bu dozalar Qori xəstəxanasında psixiatr tərəfindən təyin olundu.Onun kim olduğunu bilmirəm.

Rustavi həbsxanasında heç bir həkimin ona imza atması mümkün deyil. Mən nə Gürcüstanda, nə də bütün dünyada belə həkim tanımıram”, - deyə Nikoloz Ğipşidze bildirib.

Bizimlə əlaqə saxlayın