05 
Dek
2021
22:53
248

Rustavidə yaşayış evində yanğın baş verdi

Rustavidə yanğın baş verib. 

InterPress.ge xəbər verir ki, şəhərin 7-ci mikrorayon 17-ci yaşayış binasında mərkəzi istilik qazanında yanğın baş verib. 

Hadisə yerinə cəlb olunmuş xilasedicilər yanğını vaxtında lokallaşdıra biliblər.

Məlumata görə, mənzildə ailə üzvləri olub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın