05 
Dek
2021
16:15
362

Azyaşlının öldürülməsi ilə bağlı iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü L.İ.-ni əvvəlcədən bilə-bilə azyaşlını ağırlaşdırıcı şəraitdə öldürmə ittihamı ilə,  2004-cü il təvəllüdlü P.V.-nı isə xüsusilə ağır cinayət barədə polisə məlumat vermədiyi üçün Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq müəyyən edib ki, cari il dekabrın 4-də L.İ. mübahisə zəminində 2006-cı il təvəllüdlü D.K.-ya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. İkinci təqsirləndirilən P.V. isə L.İ ilə birlikdə hadisə yerindən qaçaraq gizlənib. O, xüsusilə ağır cinayətin şahidi olub və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Aldığı xəsarət nəticəsində D.K.  xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxsləri isti təqib nəticəsində saxlayıb.

Qurumdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi və 376-cı maddəsinin 3-cü hissəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən öldürmə və xüsusilə ağır cinayət haqqında məlumat verməmə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın