05 
Dek
2021
11:07
1307

Sanzonada öldürülən 17 yaşlı gəncin qətli barədə əlavə təfərrüatlar məlum oldu

Sanzonada öldürülən 17 yaşlı gəncin qətli barədə əlavə təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasından verilən məlumata görə, yeniyetmə klinikaya daxil olan zaman ürəyi dayanıb, lakin həkimlər ürəyin yenidən fəaliyyətini bərpa etməsi üçün reanimasiya yardımı göstəriblər.

"Yeniyetməni bir neçə adam gətirdi, ürəyi dayanmışdı. Reanimatoloqlar ürəyinin fəaliyyətini bərpa etməyə çalışdılar, amma təəssüf ki, heç nə çıxmadı. Həkimlərimizdən biri dedi ki, ürəyindən yaralanmışdı, qalanı ekspertizada üzə çıxacaq", -  Universitet Klinikasının klinik direktoru Lalo Turdzeladze deyib.

Qətlə yetirilən yeniyetmə Levan Samxarauli Milli Məhkəmə Ekspertizası Bürosuna aparılıb.

Məlumat üçün bildirək ki, Sanzonada 17 yaşlı yeniyetmə öldürülüb. Məlumata görə, azyaşlı soyuq silahla qətlə yetirilib və o, 10-a qədər bıçaq zərbəsi alıb.

Bizimlə əlaqə saxlayın