04 
Dek
2021
19:03
497

Qirçi liderlərindən biri: "Həll yolu Kiyevə qayıtmaqdır"

Fikrimcə, görünən odur ki, Mixail Saakaşvilinin səhhətində xüsusi problem yoxdur.

InterPress.ge xəbər verir ki bu haqda “Qirçi”nin liderlərindən biri Sandro Rakviaşvili deyib.

O, Gürcüstanın keçmiş prezidentinin yaxın gələcəkdə cəzaçəkmə müəssisəsinə geri qaytarıla biləcəyi ilə bağlı yayılan məlumata cavab verib. 

“Təbii ki, gec-tez Mixail Saakaşvilinin həbsxanaya qaytarılması məsələsi ortaya çıxacaq. Yenidən siyasi problemin olacağı aydındır, lakin bu barədə müzakirələrin başlaması təbiidir.Məncə, Mixail Saakaşvilinin səhhətində xüsusi problem olduğu görünmür. Lakin bu, ümumilikdə siyasi problemdir və gələcəkdə də siyasi problem olaraq qalacaq. Bu vacibdir. Mitinqlərdən xəbərim yoxdur, amma həll yolu Kiyevə qayıtmaqdır”, - Rakviaşvili bildirib.

Bizimlə əlaqə saxlayın