04 
Dek
2021
11:48
634

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 950 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 861 883 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 014 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 801 864 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 40 nəfər ölüb və ölənlərin ümumi sayı 12 298 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın