04 
Dek
2021
00:31
1798

Yaşıl statusla bağlı qaydalar dəyişdirilə bilər

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze, daimi yaşıl status ilə bağlı qaydaların lazım gəldikdə dəyişdiriləcəyini bildirir.

InterPress.ge xəbər verir ki, Ekaterine Tikaradzenin sözlərinə görə, o, ömürlük “yaşıl pasport”un verilməsinin tərəfdarı deyil.

"Mən deyə bilmərəm ki, əsas qurumlar olan Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzləri bu qərarı tam şəkildə bölüşürlər. Bu, əlbəttə ki, müəyyən risklər daşıyır, amma başqa əsaslar da var.

Bu mərhələdə bizim üçün yaşıl pasportların düzgün və təhlükəsiz tətbiqi vacibdir, lakin müəyyən çətinliklər nəticəsində onunla bağlı qaydalar dəyişəcək. Bütün növ dəyişikliklər ehtiyaclara uyğun olaraq nəzərə alınır.

Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzləri Şuraya əlavə tövsiyələr təqdim edəcəklər. Mən səhiyyə naziri kimi yaşıl pasportun ömürlük olmasının tərəfdarı deyiləm”, - deyə Ekaterine Tikaradze bildirib.

Bizimlə əlaqə saxlayın