03 
Dek
2021
18:35
844

Ərinin qətlini ört-basdır edən qadına həbs cəzası verildi

Kaspidə əri Nodar Qunaşvilinin qətlini ört-basdır etməkdə təqsirləndirilən Ketevan Çxaidze Qori Rayon Məhkəməsi tərəfindən təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin Zurab Kaxişvilini qətldə təqsirli bilib və ona ömürlük həbs cəzası verib. 

InterPress.ge xəbər verir ki, sözügedən qərarı hazırda hakim Davit Makaridze elan edib.

Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Ketevan Çxaidze son çıxışında bildirib ki, o, günahını və cinayəti etiraf edir. Zurab Kaxişviliyə gəldikdə isə, o, ittihamlar üzrə özünü təqsirli bilmir.

34 yaşlı Nodar Qunaşvili bu il martın 13-də Kaspidə öldürülüb. Qətl faktı ilə bağlı hadisədən ertəsi gün hüquq-mühafizə orqanları onun dostu, 30 yaşlı Zurab Kaxişvilini həbs ediblər. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs soyuq silahla Qunaşviliyə ölümcül yaralar vurub. 

Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 108 və 375-ci maddələrinin üçüncü hissəsi ilə nəzərdə tutulmuş qəsdən adam öldürmə və xüsusilə ağır cinayəti ört-basdır etmə maddələri ilə ittiham olunublar.

Bizimlə əlaqə saxlayın