Dekabrın 9-dək Gürcüstanda nisbətən isti və əsasən yağmursuz hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qərbi Gürcüstanda havanın temperaturu +17, +22, Şərqi Gürcüstanda +11, +16 dərəcəyədək yüksələcək.
Tbilisidə də yağış gözlənilmir.
Sinoptiklərin verdiyi məlumata görə, havanın temperaturu +13, +15 dərəcə təşkil edəcək.
