Karl Hartzel: "Bu, nə əməkdaşlığımıza etimada, nə də Gürcüstanın Avropa yolunda uğur qazanmasına kömək edir"
“Ali Məhkəmə hakimlərinin təyinatlarına iddialı məhkəmə islahatları vədinə zidd bir proses kimi baxırıq”.
InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel Ali Məhkəməyə hakimlərinin təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.
“Açıq bildirmək istəyirəm ki, bu təyinatlar Venesiya Komissiyası, ATƏT/DTİHB və digər beynəlxalq tərəfdaşların tövsiyə və məsləhətlərinə zidd olaraq həyata keçirilib. Deməli, bizim bu məsələdə hansı mövqedə olduğumuzla bağlı heç bir sual yoxdur. Biz prosesin davam etdirilməsi ilə bağlı ümumi razılığın əldə olunmasına kömək etmək üçün birbaşa dialoq aparmağa çalışdıq. Təəssüf ki, bu baş vermədi. Fikrimcə, bu, nə Gürcüstanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığa inamın yaranmasına, nə də Gürcüstanın Avropa yolunda uğur qazanmasına kömək edir”, - deyə səfir bildirib.


