03 
Dek
2021
12:16
313

Polis narkotik cinayətlərinə görə əcnəbi vətəndaşı saxladı

Hüquq-mühafizə orqanları Türkiyə Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü U.B.-ni hakimin qərarı əsasında saxlayıblar.

InterPress.ge xəbər verir ki, saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmək, saxlamaq və satmaqda ittiham olunur.

Hakimin qərarından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin narkotik vasitələrinin nəzarət alqı-satqısını və qeyd olunan alqı-satqının gizli audi-video qeydlərini həyata keçiriblər, bu zaman U.B.-nin vətəndaşlara qanunsuz olaraq külli miqdarda "MDMA" və "heroin" narkotik vasitələri satdığı aşkarlanıb.

Polis Batumidə təqsirləndirilən şəxsin şəxsi və müvəqqəti yaşadığı ünvanda apardığı axtarışlar nəticəsində dəlil kimi qablaşdırılaraq satış üçün hazırlanmış 3 büküm “Metamfetamin” narkotik vasitə götürüb.

Külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışı faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 4-cü hissələri, habelə 6-cı hissəsinin “a” yarımbəndi ilə araşdırma aparılır.

Cinayət ən çox 5 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın