3457 müəllimin praktikant müəllim statusu ləğv edildi
3457 müəllimin praktikant müəllim statusu ləğv edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzindən məlumat verilib.
Məlumata görə, ümumi təhsil müəssisələri 2021-2022-ci tədris ilinin I semestrinin başa çatmasına bir ay qalmış müəllim müsabiqəsi elan etməlidir.
Vakant yerlər boş qaldıqda ümumi təhsil müəssisələri zərurət yarandıqda baş müəllim statusuna malik olmayan və müvafiq olaraq praktikant statusları ləğv olunan müəllimləri vakansiya dolana qədər statusu olmadan işə götürə bilərlər.
Praktikant müəllimlər 2015-ci ildən bəri bir neçə dəfə öz statuslarını yüksəltmək imkanı əldə ediblər. Onlar üçün pandemiya vəziyyəti ilə əlaqədar son fənn və peşə bacarıqları imtahanı 2020-ci ilin payızında deyil, 2021-ci ilin yayında keçirilib.
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzindən verilən məlumata görə, 2021-ci il imtahan və treninqlərinin nəticələrinə əsasən, qanunvericiliyə uyğun olaraq Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi statusunu yüksəltmək üçün 19 kredit toplaya bilməyən müəllimlərin siyahısını Təhsili İdarəetmə İnformasiya Sisteminə təhvil verib, məlumat əsasında (qanunvericiliyə uyğun olaraq) adıçəkilən müəllimlər praktikant müəllim statusundan məhrum ediliblər.
Məlumat üçün bildirək ki, bu il müəllim imtahanında iştirak edən 5340 praktikant müəllimdən 2886-sı minimum həddi, 4137 praktikant müəllimdən 2365-i isə ixtisas imtahanından keçə bilməyib.


