Mixeil Saakaşviliyə dəstək aksiyasında saxlanılan 3 nəfərə həbs cəzası verildi
Şəhər məhkəməsi qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası zamanı saxlanılan 3 nəfərə həbs cəzası verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, iki nəfər polis əməkdaşına müqavimət və zorakılıq göstərmək ittihamı ilə, bir nəfər isə hakimin hökmü əsasında Axalçixedə saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü və 353-cü prima maddəsinin birinci hissələri ilə istintaq aparılır. Cinayətə görə maksimum 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, iş noyabrın 29-da Mixeil Saakaşviliyə məhkəmə qarşısında keçirilən dəstək aksiyasından gedir, bunun ardınca polislə tərəfdarlar arasında qızğın qarşıdurma və saxlanılmalar baş verib.


