60-a yaxın Gürcüstan vətəndaşı Almaniya və İsveçdən deportasiya edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Formula TV məlumat yayır.
Məlumata görə, Gürcüstan vətəndaşları Almaniya və İsveçdə qeyri-qanuni yaşayıb-işləyiblər, buna görə deportasiya ediliblər.
Frontex-in müşahidəçisi İrma Tsiramuanın sözlərinə görə, bu, Gürcüstan vətəndaşlarının bu il 30-cu deportasiyasıdır.
"Almaniya və İsveçdən deportasiya edildilər. 60-a yaxın Gürcüstan vətəndaşı öz vətənlərinə qayıtdı. Onların qeyd etdikləri kimi, sığınacaq verilməsinə səbəb kimi iqtisadi çətinlikləri və səhhətinin pis olmasını göstərirlər. Bu il 30-cu deportasiya olduğunu söyləmək olar", - deyib İrma Tsiramua.
