02 
Dek
2021
16:19
743

Mixeil Saakaşvili tərəfdarlarının Tbilisi Şəhər Məhkəməsi qarşısında keçirdiyi aksiya başa çatdı

Mixeil Saakaşvili və “Milli Hərəkat” tərəfdarlarının Tbilisi Şəhər Məhkəməsi qarşısındakı aksiyası başa çatıb.

InterPress.ge xəbər verir ki, Şəhər Məhkəməsinin qarşısında qurulan böyük ekranda 4 saat ərzində Gürcüstanın üçüncü prezidentinin məhkəmə prosesindəki çıxışını dinləyən etirazçılar vaxtaşırı alqış və qışqırıqlarla – “Mişa, Mişa” deyiblər.

Mixeil Saakaşvili artıq müşayiətçi ilə birlikdə məhkəmə binasını tərk edib. Etirazçılardan bəziləri onu alqışlarla yola salıblar.

Polis hələ də məhkəmə qarşısındadır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər