Sabiq prezident: "Gürcüstanın super gələcəyi var, super dövlət olacaq"
“Bu işgəncə yolu mənim və sizin bir çoxunuz üçün daha düzgündür”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəməsində deyib.
Onun qeyd etdiyinə görə, o, ölümə də hazır idi.
“Belə davam etmək son deməkdir. Mən ölümə hazıram deyəndə, siz də gördünüz ki, mən buna tamamilə hazır idim və indi də hazıram. Biz çox sərt mübahisə etməli, danışmalı, ideyalar yaratmalıyıq”, - Saakaşvili bildirib.
Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, ölkə idarə olunmur, dağılır.
"Mən əminəm ki, qələbəmiz çox yaxındır. Onlar çox zəifdirlər, qorxurlar. Cəmiyyət birləşməlidir. Gürcüstanın super gələcəyi var, super dövlət olacaq. Mən burda heç bir vəzifəyə can atmıram, ukraynalılar, ermənilər, azərbaycanlılar və s. bizə necə paxıllıq edəcəklər", - deyə sabiq prezident söyləyib.


