Qardabaninin ərazisi genişləndirilir
Krtsanisi rayonundakı 270 hektar ərazi Qardabani bələdiyyəsinə veriləcək.
InterPress.ge xəbər verir ki, Tbilisi və Qardabaninin inzibati sərhədlərinin dəyişdirilməsini nəzərdə tutan qətnamə parlamentdə 75 səslə qəbul edilib.
Regional inkişaf və infrastruktur nazirinin müavini Mzia Qiorqobianinin sözlərinə görə, ərazinin demarkasiyası aparılıb və bunun çərçivəsində məsələnin bu yolla həllinə qərar verilib.
“Tbilisidən Qardabaniyə verilən ərazi Krtsanisi rayonundadır və Krtsanisidən uzaqdadır. Ona görə də bu ərazinin Qardabani Bələdiyyəsinə verilməsi vacib olacaq. Bu məsələ həm də investisiya paketlərinin həyata keçirilməsi və bələdiyyənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir müavini vurğulayıb.


