02 
Dek
2021
11:43
346

SOCAR-ın Gürcüstandakı fəaliyyətinin 15 illiyi tamam olur

SOCAR Gürcüstanda 15 illik yubileyini qeyd edir. Şirkət ölkəmizə 2006-cı ildə, Rusiya-Gürcüstan enerji böhranı zamanı, qaz kəmərində baş verən iki partlayışdan sonra ölkəmizin qonşunun mehriban əlinə ehtiyacı olduğu vaxt daxil olub.

InterPress.ge xəbər verir ki, şirkət Gürcüstan bazarına 2006-cı ildə daxil olub.

SOCAR-ın ölkədəki törəmə “SOCAR Georgia Petroleum” şirkətindən bildirilib ki, Gürcüstan şirkətin Azərbaycanın hüdudlarından kənarda yanacaq doldurma məntəqəsinin açıldığı ilk ölkə olub.

“Bu gün SOCAR bir çox Avropa ölkələrində fəaliyyət göstərir, lakin Gürcüstan Azərbaycandan kənarda yanacaqdoldurma məntəqəsi açdığımız ilk ölkə oldu.

SOCAR Gürcüstanın ən böyük investorlarından biridir və illərdir ən böyük büdcə ödəyicisidir". 

Şirkətin Gürcüstan üzrə əməkdaşlarının sayı 4 min nəfərdən çoxdur.

Bizimlə əlaqə saxlayın