Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin 1 dekabr 2021-ci il tarixli əmrinə əsasən, Şota Rexviaşvili dövlət nazirinin müavini təyin edilib.
InterPress.ge xəbər verir ki, Şota Rexviaşvili 2018-ci ildən Kvemo Kartlidə dövlət nümayəndəsi vəzifəsini icra edir.
2014-2018-ci illərdə Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, məskunlaşma və qaçqınlar nazirinin müavini, 2012-2013-cü illərdə isə Gürcüstanın baş prokurorunun müavini vəzifələrində çalışıb.
1993-2012-ci illərdə Şota Rexviaşvili müxtəlif dövlət qurumlarında çalışıb.
