Vəkil: "Mixeil Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etməyə hazırdır"
"Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etməyə hazırdır - məhkəmədə prezident ona qarşı irəli sürülən bütün absurd siyasi ittihamlardan pərdəni qaldırmaq üçün çıxış edəcək".
InterPress.ge xəbər verir ki, bunu Mixeil Saakaşvilinin vəkil Şota Tutberidze Qori Hərbi Hospitalının yaxınlığında jurnalistlərə deyib.
Onun sözlərinə görə, Eduard Saakaşvili bu gün Qori Hərbi Hospitalında Mixeil Saakaşvilini ziyarət edəcək. Şota Tutberidze hakimiyyəti və penitensiar xidməti Eduard Saakaşvilinin atasına baş çəkməsi üçün süni maneələr yaratmamağa çağırır, əks halda prezidentin çox sərt cavabı olacaq və müxtəlif yollarla etiraz edəcək.
"O özünü zəif hiss edir. Qaraciyərində fermentlər yüksəlib və ümid edirəm ki, bu nisbət həkimlər tərəfindən tənzimlənəcək. Buna baxmayaraq sabahkı məhkəmədə iştirak etməyə hazırdır. Onun sağlamlığının qeydinə qalan bütün həkimlərə dərin təşəkkürünü bildirir. Prezident gürcü hərbçilərinin əhatəsində olmaqdan xoşbəxtdir, lakin ürəyi ağrıyır ki, bu əsgərlər Gürcüstanın ən döyüşkən bölmələrindəndirlər, o cümlədən dövlət təhlükəsizlik işçiləri. Onlardan burada siyasi təqib aləti kimi istifadə olunur, baxmayaraq ki, prezident də onlara böyük sevgi və minnətdarlıq bildirir. Sabahkı məhkəmədə prezident ona qarşı irəli sürülən bütün absurd siyasi ittihamlardan pərdəni qaldırmaq üçün çıxış edəcək", - deyə vəkil bildirib.


