01 
Dek
2021
12:12
369

Polis narkotik alverçilərini saxladı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə noyabr ayında keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda Poniçala qəsəbəsi və Tbilisinin müxtəlif rayonlarında 12 nəfəri, o cümlədən 10 narkotik alverçisini saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Narkotik vasitələrin qanunsuz satışına görə saxlanılıb: 1989-cu il təvəllüdlü Q.A., 1978-ci il təvəllüdlü D.V., 1978-ci il təvəllüdlü T.İ., 1981-ci il təvəllüdlü B.Ç., Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Ş. A., 1982-ci il təvəllüdlü A.E., 1984-cü il təvəllüdlü S.Ç., 2004-cü il təvəllüdlü E.K., 2004-cü il təvəllüdlü N.Q., 2000-ci il təvəllüdlü N.D. İki nəfər  - 1982-ci il təvəllüdlü A. D. və 1988-ci il təvəllüdlü V. J. isə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanmasına görə saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan narkotik alverçiləri sistemli şəkildə qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar.

Hakimin qərarı əsasında hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin narkotik vasitələri - "Heroin", "Buprenorfin" və "Alfa-PVP"nin bir neçə nəzarət alqı-satqısını və qeyd olunan alqı-satqının gizli audi-video qeydlərini həyata keçiriblər.

Qanunsuz olaraq narkotik vasitələri əldə edib saxladığına görə polis əməkdaşları tərəfindən saxlanılan V.J.-nin şəxsi yoxlanması zamanı sübut qismində 99 ədəd MDMA tərkibli narkotik həb, A.D.-nın şəxsi yoxlanması zamanı isə 30 ədəd “MDMA” tərkibli həb, 10 ədəd “amfetamin” tərkibli həb və 19 qrama qədər narkotik tərkibli “kokain” götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışı ilə bağlı istintaq aparılır.

Cinayətlər 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər