01 
Dek
2021
11:47
330

Rustavidə yeniyetmə binanın dördüncü mərtəbəsindən yıxıldı

Rustavidə 12 yaşlı qız yaşayış binasının dördüncü mərtəbəsindən yıxılıb. 

InterPress.ge xəbər verir ki, hadisə ötən gecə 12-ci mikrorayonda baş verib.

Məlumata görə, hadisə qız eyvanda paltar sərərkən baş verib. Hadisə nəticəsində gənc qız bəzi xəsarətlər alıb, təcili yardım briqadası onu kontakt halda “Rustavi” klinikasına aparıb.

Klinikadan verilən məlumata görə, 12 yaşlı uşaq müayinə olunub və İaşvili adına Uşaq Klinikasına aparılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər