Tbilisidə, Varketilidə "Hotel & Preference Hualing Tbilisi" yaxınlığında avtomobil qəzası baş verib.
InterPress.ge xəbər verir ki, avtomobil dirəyə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər həyatını itirib. Onların sözlərinə görə, xəsarət alanlar da var.
Hadisə yerinə patrul polisi, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.
