Bu cərimələr də ikiqat artırılır
Plastik və bioloji parçalana bilən torbaların idxalı, istehsalı və satışı zamanı texniki reqlamentlərin tələblərinin pozulmasına görə cərimələr iki dəfə artırılır.
InterPress.ge xəbər verir ki, bununla bağlı dəyişikliklər “İnzibati Xətalar Məcəlləsi”nə daxil edilib.
Təşəbbüskarın izah etdiyinə görə, hazırki cərimə sanksiyası çəkindirici təsir göstərmir. Layihəyə əsasən, cərimənin məbləği iki dəfə artırılaraq birinci qayda pozuntusuna görə 1000 lari (500 lari əvəzinə), təkrar qayda pozuntusuna görə isə 2000 lari (1000 lari əvəzinə) müəyyən ediləcək.
Lakin inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl məhsul hüquq pozuntusu törədən şəxs tərəfindən özgəninkiləşdirilərsə, həmin məhsulu müsadirə etmək əvəzinə, yoxlama zamanı aşkar edilmiş hər bir özgəninkiləşdirilən məhsul vahidinə görə qanun pozucusu da 25 tetri ödəməli olacaq.


