Yaxın günlər üçün hava proqnozu
Dekabrın 1-dən dekabrın 2-si səhərədək Gürcüstanda vaxtaşırı yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini artıra, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.
Dekabrın 3-dən dekabrın 5-dək Şərqi Gürcüstanda hava açılacaq, temperatur +9 dərəcədən +14 dərəcəyə yüksələcək.
Dekabrın 3-4-də Qərbi Gürcüstanda yağış gözlənilmir, dekabrın 5-də isə yağışlı hava gözlənilir. Havanın temperaturu +14, +17 dərəcə təşkil edəcək.
Dekabrın 2-də günortadan sonra Tbilisidə hava açılacaq. Dekabrın 5-dək yağış gözlənilmir. Hava maksimum +14 dərəcəyə qədər istiləşəcək.
Dekabrın 5-dək yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Hava maksimum +2 dərəcəyə qədər istiləşəcək.


