30 
Nybr
2021
10:41
462

Son 24 saat ərzində koronavirusa yolxanların və sağalanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5 050 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 845 643 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 214 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 788 201 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 80 nəfər ölüb və ölənlərin ümumi sayı 12 054 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər