Bu cərimələr artırılır
Təhsil müəssisələrində, uşaq bağçalarında və onların ətraf ərazilərində, 50 metr radiusda tütün məmulatlarının satışına görə cərimələrin məbləği artır.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər “Tütünə nəzarət haqqında” qanuna daxil edilib.
Dəyişikliklərə əsasən, bu pozuntuya görə 200 lari məbləğində cərimə 500 lariyə yüksələcək. Bu hərəkətin təkrarlanmasına görə cərimə 400 lari deyil, 1000 lari olacaq. Eyni zamanda, layihəyə əsasən, tütün məmulatını, tütün istehsalçısını və ya topdansatışı çap və ya elektron kütləvi kommunikasiya (internet də daxil olmaqla) vasitəsilə populyaşdırmağa görə 5 000 lari, təkrarlanması halında isə 10 000 lari məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsinin təşəbbüskarları parlament üzvləri Dimitri Xundadze və Lado Kaxadzedir.


