Aktual.ge xəbər portalı 1 yaşını qeyd etdi - FOTO
Bu gün, 28 noyabr Marneulidə yerləşən "Kavkaz Restoran"da "Aktual Media" və nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının və "Jurnalistika Kursu"nun məzunlarına sertfikat təqdim etmə mərasimi baş tutub.
InferPress.ge xəbər verir ki, yaş mərasimində "Aktual Media" - Aktual.ge xəbər portalının baş direktoru İlkin Hüseynov, Azərbaycanın Gürcüstandaki səfirinin birinci katibi Anar Rəsulov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi Gürcüstan müftisi Etibar Eminov və həmin idarənin şeyx müavini Hacı Qurban Murquzov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtəqi Əsədov, "AtaHolding"in direktoru Məhəbbət İmanov, Çay Evinin rəhbəri Emin Əhmədov, AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov, "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəli, "InterPress.ge" xəbər portalının baş direktoru Nahid Qurbanov, hüquqşünas Eda Qocayeva, mülki fəal Samirə İsmayılova, 2 saylı ictimai məktəbin direktoru Şorena Xuxua, gənclər, tələbələr, türk və azərbaycanlı iş adamları, jurnalistlər və digər şəxslər iştirak edib.
Programın aparıcısı Natela Əlləzova qonaqları salamlayaraq aktual xəbər portalının bir ildə gördüyü layihələrdən danışıb.
"Aktual Media və onun nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalı və AktualTv internet televiziya kanalı bu gün, artıq 1 yaşındadır. Bütün çətinliklərə və sıxıntılara baxmayaraq bir il bundan əvvəl böyük əziyyət və əməklə qurulan Aktual.ge xəbər portalı ölkə və dünyadaki ən son xəbərləri müstəqil, qərəzsiz və obyektiv formada yayımlaması ilə çox tezliklə bölgədə ən çox izlənilən xəbər portallarından birinə çevrilib. Bu gün ölkənin aparıcı mediaları ilə yanaşı beynəlxalq medialar da, Aktualı mənbə olaraq göstərir. Aktual fəaliyyətə başladığı gündən bəri bütün qaynar nöqtələrdən, hadisə ocaqlarından, mitinqlərdən, sosial və mədəni tədbirlərdən birbaşa feysbuk üzərindən canlı yayım vasitəsilə operativ və dəqiq məlumat çatdırmaqdadır. Aktual.ge ölkənin bütün aparıcı mediaları, televiziya kanalları ilə isti və sıx münasibətləri mövcuddur. "Aktual Media" - Aktual.ge xəbər portalı qısa müddətdə böyük işlərə imza atdı. Aktual.ge ölkə daxilindəki medialarla əməkdaşlıqdan əlavə, fəaliyyətə başladığı gündən bəri Gürcüstan Prezident Administrasiyası, Gürcüstan Parlamenti, Gürcüstan Hökümət Administrasiyası, nazirliklər, siyasi partiyalar, qurum və quruluşlarda eləcə də akkreditə olundu. Sözügedən qurumlarda baş verən proseslər gün ərzində Aktual.ge xəbər portalının rəsmi mail adresinə press-reliz olaraq göndərilir. Və biz gün ərzində həmin xəbərləri Dövlətimizin dili olan gürcü dilində və eləcə də, Azərbaycan dilində xəbər formatında geniş oxuyucu kütləmizə çatdırırq. Qeyd edək ki, medyamız 4 dildə - Gürcücə, Azərbaycanca, Türkçə və İngiliscə xəbər yayımı həyata keçirən yeganə media qurumudur. Aktual.ge öz kiçik imkanları və Azərbaycan Diasporuna Dəstək Fonudunun dəstəyi ilə bölgədə ilk dəfə "Jurnalistika Kursu" həyata keçirdi... ADDF-ya belə bir layihəni dəstəklədiyi üçün təşəkkür edirik. Nəzərinizə çatdıraq ki, gün ərzində yazılı və fotolu xəbərlərimizlə yanaşı hazırda "Aktual Media"nın tərkibində olan AktualTv internet televiziya kanalında xidmət göstərməkdədir və hazırda 2 verlişimiz mövcuddur, "Aktualuri Kvira və Aktual Sorğu" yaxın gələcək də isə verlişlərimizin sayını artımağı və bu rəqəmi 5-ə çıxarmağı planlayırıq".
Ardından "Aktual Media"nın baş direktoru İlkin Hüseynov çıxış edib:
"QHT “Aktual Media” və nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının fəaliyyətə başlamasından 1 il üç ay ötür... Əslində mediamızın 1 yaşı bu ilin 19 avqust tarixində idi, ki, biz həmin günə bu möhtəşəm programı planlayırdıq, ancaq həmin gün çox əlamətdar bir gün olduğuna görə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq ərtələmək məcburiyyətində qaldıq. Demək ki, qismət bu günə imiş... Bu bir illik fəaliyyətimiz, gördüyümüz işlər haqqında danışmaq mənim üçün həqiqətən çətindir. Təkəbbürlülük və sizlərdə lütfən lovğalıq kimi qəbul etməyin, ancaq bu bir il ərzində heç bir maddi dəstəyi olmayan mediamız oqədər cəmiyyətə faydalı iş görüb ki, mən onlardan sadəcə ikisi haqqında qısaca danışmaq istərdim:
Birinci budur ki, bu bir il ərzində Aktual.ge xəbər portalı 18 mindən çox xəbər dərc edib və bu xəbərləri isə 6 milyon 120 mindən çox insan oxuyubdur. Əgər bununla bağlı rəsmi statistika istəyən olsa göstərə bilərik. İkinci isə imkanlarımız çərçivəsində və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ilkə imza atmışıq ki, 8 nəfər gənc media sahəsində yetişib... Qeyd edim ki, Aktual.ge-nin oxuyucuları bizim üçün bahalı daş-qaş və qızıldan dəyərlidir. Hər daim yeniliyə, kreativliyə üstünlük vermək, mövcud olmayanı həyata keçirmək, haqsızlığa məruz qalanın səsini duyurmağ, qadın hüquqları başta olmaqla, insan hüquqlarından yazmaq, müstəqillik, obiyektivlik və gərəkdiyində isə sırf inkişaf naminə tənqidçilik bizim üçün prioritetdir. Aktual.ge Gürcüstanın xəbər portalıdır. Mən Aktual.ge komandasına xüsusi olaraq təşəkkür edirəm və həyali fəaliyyətimizdə uğurlar diləyirəm".
Daha sonra çıxış edən Azərbaycan səfirinin birinci katibi Anar Rəsulov, InterPress.ge xəbər portalının rəhbəri Nahid Qurbanov, GAİM-nin icraçı direktoru Orxan Pirverdiyev, AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov, "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədli, BGMİ-nin müftisi Etibar Eminov, ÜGMADİ sədri Mirtəqi Əsədov və digər şəxslər "Aktual Media" - Aktual.ge xəbər portalının 1 yaş və "Jurnalistika Kursu"nun məzunlarını təbrik edib, medianın fəaliyyətində uğurlar arzulayıblar. GAK sədri Hüseyn Yusubov isə "Aktual Media" - Aktual.ge xəbər portalını Fəxri Fərmanla təltif edibdir.
Tədbirin ikinci hissəsində "Aktual Media"nın gerçəkləştirdiyi "Jurnalistika Kursu"nun 8 məzunlarına sertfikat və hədiyyələr təqdim edilib. Bundan əlavə həmin kursun təlimçiləri X.Əzizov və C.Məhəmmədəli "Aktual Media" tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Sonda isə "Aktual Media"nın hazırladığı video çarx yayımlanıb, ailə fotosu çəkilib və qonaqlar üçün furşet süfrəsi açılıb.


