27 
Nybr
2021
21:35
410

Mixail Saakaşvili məhkəmədə iştirak edə bilər

Empatia Mərkəzinin rəhbəri Mariam Gişkarianinin sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti onun məhkəmə iclasında iştirakına mane olmayacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə Mariam Cişkariani mərkəzin ekspertlər qrupu ilə birlikdə Qori xəstəxanasını tərk etdikdən sonra bildirib.

Mariam Gişkarianinin sözlərinə görə, Mixail Saakaşvilinin beynəlxalq standartlara uyğun multidissiplinar yanaşmaya ehtiyacı olsada xüsusi psixoloji yardıma ehtiyacı yoxdur.

“Biz Mixail Saakaşvili ilə görüşdük, müsahibə və tibbi müayinədən keçdi, sənədlərlə qismən tanış olduq, sabah yenidən gələ bilərik. Onun səhhətinə gəlincə, fikrimizcə, səhhəti onun məhkəməyə getməsinə mane olmayacaq. Xəstənin, əlbəttə ki, hələ də müalicə və reabilitasiyaya ehtiyacı var. Müalicəni yenidən davam edəcəyik, tövsiyələrimiz var, amma yenə deyirəm, bu, onun məhkəməyə getməsinə mane olmayacaq.

Nəticəyə gəlincə, sabah gəlib baxmalıyıq, sənədləşmə ilə tanış olmalıyıq, tələb olunan sənədləri almalıyıq, yerində tanış olmaq başqa, təfərrüatları öyrənmək başqadır. Bundan sonra müalicə-reabilitasiya ilə bağlı razılığa gələcəyik, lakin bir daha deyirəm, onun hazırkı mərhələdə psixi və fiziki sağlamlığı heç bir halda onun məhkəmədə iştirakına mane olmur. Xəstəyə beynəlxalq standartlara uyğun multidisiplinar yanaşma lazımdır, onun xüsusi psixoloji yardıma ehtiyacı yoxdur", - Mariam Gişkariani bildirib.

Qeyd edək ki, Mixail Saakaşvilinin məhkəməsi noyabrın 29-na təyin edilib. Penitensiar Xidmətin Saakaşvilinin məhkəmədə iştirakına icazə verib-verməyəcəyi hələlik məlum deyil.

Bizimlə əlaqə saxlayın