"Tbilservice Group" Yeni il işıqlarının quraşdırılmasını davam etdirir.
InterPress.ge xəbər verir ki, quraşdırma işləri Birinci Respublika meydanından Azadlıq Meydanınadək, noyabrın 27-dən 30-dək, saat 00:00-dan 07:00-dək aparılacaq.
Bu məqsədlə Birinci Respublika Meydanı bağlanacaq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“Tbilservice Group” hərəkət zamanı yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.
