2022-ci il martın 28-dən moped və yüngül kvadrosikllərin qeydiyyatı məcburi xarakter daşıyacaq.
InterPress.ge xəbər verir ki, bu barədə DİN-in Xidmət Agentliyi məlumat yayır.
Qanun qüvvəyə mindikdən sonra moped və yüngül kvadrosikl sahibləri nəqliyyat vasitəsini qeydiyyatdan keçirə biləcəklər.
Bundan başqa, Dövri Texniki Müayinə (PTI) mərkəzləri vasitəsilə mopedlər və yüngül kvadrosiklləri qeydiyyata almaq mümkün olacaq. Qanunun qüvvəyə mindiyi gündən martın 1-dək AM kateqoriyası üzrə qeydiyyat endirimli qiymətə tətbiq olunacaq.
(1).jpg)