27 
Nybr
2021
11:02
691

Gürcüstanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 058 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 835 306 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 157 sağalma qeydə alınaraq ümumi sağalanların sayı  774 458 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 61 nəfər ölüb və ölənlərin ümumi sayı 11 871 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər