Noyabrın 27-də Qərbi Gürcüstanda nisbətən buludlu, Şərqi Gürcüstanda isə buludlu və dumanlı hava gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Sinoptiklərin məlumatında qeyd olunur.
Bildirilir ki, noyabrın 28-29-da Şərqi Gürcüstanda buludlu və yağmursuz hava gözlənilir. Havanın temperaturu isə +14 dərəcəyə qədər istiləşəcəyi gözlənilir.
Noyabrın 28-29-da Qərbi Gürcüstanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Burada havanın temperaturu +17, +19 dərəcə olacaq.
Paytaxt Tbilisidə Noyabrın 28-29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi və havanın temperaturunun +14, +16 dərəcə isti olacağı gözlənilir.
