25 
Nybr
2021
19:27
1066

"Mtavari Arxi" teleşirkəti cərimələndi

Rabitə Tənzimləmə Komissiyası “Utanc” hərəkatının klipini yayımladığı üçün Mtavari Arxiv teleşirkətini 111 903 lari məbləğində cərimələyib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı teleşirkət yayıb.

Tənzimləyicinin açıqlamasına görə, videoçarx siyasi məzmunludur və buna görə də seçkidənkənar dövrdə telekanala onun yayımına icazə verilməyib.

Kanalın cərimələnməsinə səbəb olan klipdə Rusiya prezidenti Vladimir Putin “Gürcü Arzusu” üzvləri və liderlərinin fotoları ilə yer alıb.

Tənzimləyici tərəfindən kanal "Öldürür" adlı bir sıra videoları yayımladığına görə də cərimələnib.

Bizimlə əlaqə saxlayın