25 
Nybr
2021
15:46
411

Kaxa Kaladze: "Siyasi böhran yaşayan ölkə deyil, "Milli Hərəkat"dır"

“Milli Hərəkat” böhrandadır və onlar böhrandan çıxmağın qayğısına qalmalıdırlar".

InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze eks-prezident Mixeil Saakaşvilinin bəyanatına belə cavab verib.

Onun sözlərinə görə, Mixeil Saakaşvili günahkardır və o, həbsxanada olmalıdır. 

"Kimin böhranı var?  “Milli Hərəkat”ın böhranı var və onlar böhrandan çıxmağın qayğısına qalmalıdırlar. Düşünürəm ki, bu illər gələcəkdə necə davranmaları barədə çox yaxşı dərs olmalıdır, çünki daimi iğtişaş cəhdi, dağıdıcılıq onlara zərər verir və ölkəyə də zərər verir, baxmayaraq ki, ilk növbədə onların partiyası marginallaşır. Buna uyğun olaraq, bu partiyanın liderləri necə davranacaqlarına qərar verməlidirlər. Bu günə qədər atdıqları addımlar həmişə uğursuzluğa məhkum olub.  Belə yanaşmalar davam edərsə, təbii ki, həmişə belə olacaq.

Mixeil Saakaşviliyə gəlincə, bir şeyi öyrənək ki, o, konkret işlərdə günahkardır. O, həbsxanada oturmalı olacaq.  Digər işlər araşdırılır və biz müvafiq qurumların nə qərar verəcəyini gözləyək", - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın