25 
Nybr
2021
15:15
484

Saakaşvilinin həyat yoldaşı onun vəziyyəti ilə bağlı açıqlama verdi

"Saakaşvilinin durumuna gəlincə, bazar ertəsi, çərşənbə və cümə axşamı keçirdiyim görüşlər arasında heç bir fərq görmürəm. Baxıram ki, həkimlər diqqəti yetirir, amma onun səhhətindən dəqiq xəbərimiz yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə baş çəkən Rada deputatı Liza Yasko bildirib.

Liza Yaskonun sözlərinə görə, Saakaşvilinin vəziyyəti yaxşılaşmır.

"Bu, çox pisdir. Bilirəm ki, çox stresli bir mühit var. O, daim həbsxanada olmaq hissi keçirir.  Bu gün bir neçə dəfə görüşü yarımçıq kəsdik, getmək vaxtı olduğunu deyirdilər. Bildiyimə görə, dünən bir deputat bütün günü onun yanına getməyə çalışıb və içəri buraxılmayıb.  Bildiyimə görə, təkcə onun yox, Mixeillə görüşməyə çalışanların çoxuna icazə verilmir. Bütün bunları nəzərə alaraq, bu günlərdə heç nəyin yaxşılaşdığını hiss etmirəm və kədərlənirəm", - Liza Yasko bildirib.

Onun sözlərinə görə, Mixeil Saakaşvili məhkəməyə getmək və danışmasına icazə verilməsini istəyir.

“O, həqiqətən də danışmaq, insanlarla görüşmək üçün məhkəməyə gəlmək istəyir, bu əlaqələri çox istəyir və ümid edirəm ki, belə olacaq, əks halda bu, onun hüquqlarının pozulması olacaq”, - deputat bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər