Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Real şəraitdə sürücülük imtahanından keçmək üçün ödəniş məbləği dəyişdirilir

3,230
Real şəraitdə sürücülük imtahanından keçmək üçün ödəniş məbləği dəyişdirilir
Dinləmək üçün basın

Real şəraitdə sürücülük imtahanından keçmək üçün ödəniş 90 lari olacaq.

Real şəraitdə sürücülük imtahanından keçmək üçün ödəniş 90 lari olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Xidmət Agentliyinin direktor müavini İmeda Makasaraşvili məlumat verib. 

Məlumata görə, nəzəri testdən keçməyin qiyməti dəyişmir və eyni olacaq - 40 lari.

“Qapalı sahə və nəzəri imtahan üçün ödəniş dəyişmir. Namizəd nəzəri imtahanı verdikdən sonra 5 dəfə qapalı meydanda pulsuz imtahan verə biləcək və bu gün ödədiyi rüsumda heç bir məhdudiyyət olmayacaq. Şəhərdə rüsum dəyişir və qanunda göstərildiyi kimi, B və BE kateqoriyası üçün ödəniş bir dəfə üçün 90 lari təşkil edəcək”, - İmeda Makasaraşvili bildirib.

Qanun layihəsi artıq üçüncü oxunuşda qəbul edilib. Yeni təsdiq edilmiş qaydalara əsasən, 25 aprel 2022-ci il tarixindən etibarən real yol hərəkətində B və BE kateqoriyaları üçün sürücülük imtahanı məcburi olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →