24 
Nybr
2021
16:03
2193

Dekabrın 1-dən etibarən bu məhdudiyyətlər yumşaldılır

Koordinasiya Şurası restoranlar, kinoteatrlar, operalar, teatrlar və xaricdən qayıdanlar üçün yeni qərarlar elan edib.

InterPress.ge xəbər verir ki, dekabrın 1-dən yalnız yaşıl pasportla qonaq qəbul edə biləcək restoranlarda saatlıq məhdudiyyətlər götürüləcək, yəni lazım bildikləri müddətcə öz qərarlarına uyğun işləyə biləcəklər.

Teatr və kinoteatrlara qoyulan məhdudiyyətlər yüngülləşdirildi - kinoteatrlarda, teatrlarda və operalarda tamaşaçıların sayı 30-50% artacaq;

Gürcüstanda peyvənd olunan və ölkəyə quru yolu ilə daxil olan Gürcüstan vətəndaşları PCR testini təqdim etmək öhdəliyindən azaddırlar.

Həmçinin restoranların, kafe və barların açıq və qapalı məkanlarında, kinoteatrlarda, teatrlarda, operalarda, konsert salonlarında, əyləncə mərkəzlərində, kazinolarda, qumar obyektlərində, spa mərkəzlərində, idman zallarında, otellərdə və xizək kurortlarında yaşıl pasport tələb olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər