Yaşıl statusun kimlərə veriləcəyi və harada tələb olunacağı açıqlandı
"Yaşıl status tam peyvənd olunmuş, yəni iki doza peyvənd vurdurmuş şəxsə verilir; Və yaxud kovid infeksiyası keçirən şəxsdir, lakin laboratoriya tərəfindən təsdiqlənməsindən 14 gün keçməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze məlumat verib.
Ğibradzenin sözlərinə görə, kovid keçirdikdən sonra şəxs daimi olaraq yaşıl statusa sahib olacaq.
"Yaşıl statusun nə olduğunu və hansı müəssisələrdə yaşıl statusdan istifadə etməmiz lazım olduğuna bir daha aydınlıq gətirmək istərdim. Yaşıl status tam peyvənd olunmuş, yəni iki doza peyvənd vurdurmuş şəxsə verilir. Həmçinin kovid infeksiyası keçirən şəxsdir, lakin laboratoriya tərəfindən təsdiqlənməsindən 14 gün keçməlidir. Bu halda, artıq müddət tətbiq edilmir. Yəni, kovid keçirdikdən sonra o, həmişəlik yaşıl statusa malik olacaq. Həmçinin, əgər şəxs 72 saatlıq etibarlı “PISAR” testindən, eləcə də 24 saatlıq etibarlı antigen testindən keçibsə, yaşıl statusa malik olacaq", - Qiorqi Ğibradze bildirib.


