24 
Nybr
2021
11:54
385

Tbilisidə qanlı hadisə ilə bağlı bir nəfər saxlanıldı

Tbilisi Polis Departamentinin əməkdaşları 1985-ci il təvəllüdlü Q.L.-ni qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşıma ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

İstintaqla müəyyən edilib ki, bu il noyabrın 23-də axşam saatlarında alkoqolun təsiri altında olan 1988-ci il təvəllüdlü D.M. və təqsirləndirilən Q.L.  dostları ilə birlikdə Tbilisidəki mənzillərinin yaxınlığında küçədə olublar.

D.M. və Q.L. arasında münaqişə yaranıb və bir-birini şifahi təhqir ediblər, bu zaman Q.L. odlu silahdan açdığı bir neçə atəş nəticəsində D.M.-nı döş qəfəsindən yaralayıb.

Yaralı xəstəxanaya aparıldıqdan qısa müddət sonra ölüb, Q.L. isə hadisə yerindən qaçaraq gizlənib.

Polis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.L. -nı Saqarecoda saxlayıblar.

Hüquq-mühafizə orqanları cinayət silahını sübut kimi götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 108 və 236-cı maddələrinin 3-cü və 4-cü hissələri ilə qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-gətirmə faktları ilə bağlı araşdırma aparılır.

Bu cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər