Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili Gürcüstan-Rusiya birbaşa dialoqunun mümkünlüyünə münasibət bildirib

766
İrakli Ğaribaşvili Gürcüstan-Rusiya birbaşa dialoqunun mümkünlüyünə münasibət bildirib
Dinləmək üçün basın

“Rusiya Gürcüstanın suverenliyinə hörmət etmir və ərazilərimizin işğalını davam etdirir. Bu, bizim münasibətlərimizdə əsas maneədir”.

“Rusiya Gürcüstanın suverenliyinə hörmət etmir və ərazilərimizin işğalını davam etdirir. Bu, bizim münasibətlərimizdə əsas maneədir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

O, Gürcüstanın Rusiya ilə siyasi məsələlər üzrə birbaşa əlaqələrin olmadığını bildirib: “Ölkələr arasında yeganə təmas Abaşidze-Karasin formatı çərçivəsindədir. Bu format yalnız ticari-iqtisadi və mədəni münasibətləri əhatə edir”.

İ.Ğaribaşvilinin sözlərinə görə, Rusiya ilə birbaşa dialoq böyük səylər tələb edir: “Bu cür təmaslar nəticəyə hədəflənməlidir, görüş xətrinə görüş olmamalıdır. Hər hansı bir təmas və ya görüşün təşkili üçün yaxşı hazırlıq tələb olunur”.

Baş nazir bildirib ki, hər bir normal dövlət öz milli maraqlarına uyğun hərəkət edir və etməlidir: “Bizim əlbəttə ki, digər ölkələr, qonşularımız kimi öz maraqlarımız var. Buna görə də hesab edirəm ki, bu cür görüşlər üçün yaxşı hazırlıq lazımdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →