
Nika Melia: " Həftə sonu konkret bir plan quracağıq"
"Həftə sonu dostlarımızla çox konkret bir plan quracağıq və ictimaiyyətə bizi qələbəyə aparacaq fəaliyyət strategiyamızın nə olduğunu bildirəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədə Qızılgül İnqilabının 18-ci ildönümünü qeyd edərkən Vahid Milli Hərəkatın lideri Nika Melia açıqlama verib.
Onun qeyd etdiyinə görə, strateji səbir ən vacibdir.
“Dünən siz, mən və Rustaveli prospektində çox adam istəyirdik ki, oliqarx dövlət qurumlarını ələ keçirməsin, ölkə nəfəs alsın. Yaxın gələcəkdə bu mütləq olacaq, amma dünən niyə olmadı deyə giley-güzar sabah da, o biri gün də işə yaramayacaq. Onlar yeganə xilası hakimiyyəti saxlamaqda görürlər" dedi Nika Melia.
Onun sözlərinə görə, siyasətçilər çox aktiv işləməli olacaqlar.