Gürcüstanda daha 26 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 419-a çatıb.
Məlumata görə, ölkədə karantində 3873, stasionar nəzarətdə isə 404 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 677 nəfər yoluxub, onlardan 12 nəfər dünyasını dəyişib.
