Xalq Müdafiəçisi: "Saakaşvilinin səhhəti imkan verərsə, o, uzaqdan da olsa, məhkəmədə iştirak etməlidir"
"Saakaşvilinin səhhəti imkan verərsə, o, uzaqdan da olsa, məhkəmədə iştirak etməlidir".
InterPress.ge xəbər verir ki, bunu Xalq Müdafiəçisi Nino Lomgaria deyib.
Onun sözlərinə görə, Saakaşvilinin məhkəmə iclasında şəxsən və ya uzaqdan iştirak etməsi çox vacibdir.
“Bu gün ekspertlərim Saakaşvilinin vəziyyəti ilə tanış olacaqlar. Ola bilsin ki, müalicənin gedişi ilə bağlı ümumi qiymətləndirmələr də aparılsın. Mümkün olacaqsa və sağlamlıq vəziyyəti imkan verəcəksə, mütləq iştirak etməlidir, fiziki olaraq mümkün olmasa belə dinstant formada iştirak etməlidir, çünki onun hər hansı formada iştirakına icazə verilmədiyi ilk üç prosesi artıq dəyərləndirmişik. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin təqdim etdiyi hallar Mixeil Saakaşvilinin məhkəmədə iştirakından imtina edilməsinə hüquqi əsas deyildi. Ona görə də hesab edirik ki, həmin üç hal üzrə onun təqsirləndirilən şəxs kimi məhkəmədə şəxsən iştirak etmək və hər hansı digər formada məhkəmədə ictimai şəkildə iştirak etmək üzrə ən mühüm hüququ pozulub. Prosesin açıq olması və ictimaiyyətin heç olmasa, televiziya vasitəsilə prosesi onlayn izləməsi üçün şəxsən və ya uzaqdan iştirakı çox vacib olacaq. Yəni, istənilən şəxsin cinayət işi zamanı Strasburq məhkəməsinin tələb etdiyi kimi, proses ictimai olmalıdır”, - Nino Lomgaria bildirib.


