23 
Nybr
2021
16:31
407

Mixeil Saakaşvilini bu dəfə Xalq Müdafiəçisinin yaratdığı tibbi ekspertlər qrupunun üzvləri ziyarət edəcək

"Bildiyimə görə, onun səhhəti yaxşılaşıb. Yəqin ki, müalicə bir neçə həftə davam edəcək və qalanı xəstənin vəziyyətinə uyğun olaraq həll olunmalıdır".

InterPress.ge xəbər verir ki, bunu Xalq Müdafiəçisi tərəfindən yaradılmış tibbi ekspertlər qrupunun üzvü Tenqiz Tsuladze üçüncü prezident Mixeil Saakaşvilini Qori Hərbi Hospitalında ziyarət etməzdən əvvəl deyib.

Tsuladzenin sözlərinə görə, ombudsmanın nəzdində yaradılan qrupun üzvləri Saakaşvilinin səhhətinin vəziyyəti, eləcə də aparılan araşdırmaların nəticələri ilə tanış olacaq və onu müalicə edən həkim ilə şəxsən danışacaqlar.

"Müalicənin necə getdiyini və hansı araşdırmaların aparıldığını qiymətləndirmək lazımdır. Vəziyyət stabildirsə, bu barədə sizə məlumat verəcəyik və bu barədə onun həkimləri də məlumat verəcək. Ciddi müalicə gedir və bunun nə qədər davam edəcəyini söyləmək çox çətindir. Bizim mandatımız işə qarışmaqdır, biz birbaşa müalicə ilə məşğul deyilik", - Tenqiz Tsuladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər