Bu yaş qrupları üçün “Yaşıl pasport” məcburi olmayacaq
Müxtəlif obyektlərə daxil olarkən 18 yaşına çatmamış şəxs üçün “Yaşıl pasport” məcburi olmayacaq. “Yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze məlumat verib.
Dekabrın 1-dən vətəndaşlar qida obyektlərinə, restoranlara, kafelərin və barların açıq və qapalı məkanlarına, kinoteatrlara, teatrlara, operalara, muzeylərə, konsert salonlarına, əyləncə mərkəzlərinə, kazinolar və qumar müəssisələrinə, spa mərkəzlərinə, idman zallarına, otellərə, həmçinin dağ kurortlarına - kanat yollarına yalnız "Yaşlı pasport" vasitəsilə daxil ola biləcəklər.
Uşaq əyləncə mərkəzlərinə gəlincə, “Yaşıl pasport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlara şamil olunacaq.


