Gürcüstan 100 min əhaliyə düşən ölüm nisbətinə görə dünyada birinci yerdədir.
InterPress.ge xəbər verir ki, bu barədə
New York Times məlumat yayır.
Söhbət son 7 günün məlumatlarından gedir. Belə ki, 1 həftə ərzində ölüm nisbəti orta hesabla gündəlik 74 nəfər təşkil edir ki, bu da hər 100 min əhaliyə 2 ölüm halı deməkdir.
Gürcüstan ölüm nisbətinə görə Bolqarıstan, Moldova, Ukrayna, Xorvatiya və Latviya kimi ölkələri geridə qoyub.
