Avropalı Gürcüstan partiyasının üzvü: “Bidzina İvanişvili ölkədə özünün idarə etdiyi kukla komandası yaradıb”
“Bidzina İvanişvili ölkədə özünün idarə etdiyi kukla komandası yaradıb”.
InterPress.ge xəbər verir ki, bunu "Avropalı Gürcüstan"ın üzvü Laşa Damenia deyib.
“Bidzina İvanişvilinin ölkənin baş nazirinə belə münasibət bəslədiyi bir şəraitdə bu, onun dövlətə və ümumən xalqa münasibətini bir daha göstərir və sübut etmək vacibdir ki, Bidzina İvanişvili ölkədə kuklalar komandası yaradıb və onu özü idarə edir”, - Laşa Damenia bildirib.
Xatırlatmaq istərdik ki, mediada milyarder Bidzina İvanişvilinin “Credit Suisse”ə qarşı Bermud məhkəməsinə verdiyi ifadəni əks etdirən video yayılıb. İvanişvili ifadəsində hazırkı baş nazir İrakli Ğaribaşvilinin “Kartu”da işlədiyi dövrə də toxunub və Ğaribaşvilini belə xarakterizə edib:
“Ğaribaşvili mənim üçün avtoritet deyildi, Ğaribaşvili mənim üçün maliyyəçi deyildi. Göndərilən məktublar eyni idi - nümayəndə heyəti gəlirdi və o, vaxtı razılaşdırmaq istəyirdi, pul köçürmək və zəng etmək, görüş təşkil etmək, ayda bir dəfə hesabda qalan pulu öyrənmək idi”, - İvanişvili mediada yayılan videoda deyib və belə cavab verib: "Necə adlandırmaq istəyirsinizsə, elə adlandırın, hansı adla istəyirsinizsə, o adla xatırlayın".


